SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video çəkib.

BAKU.WS məlumat verir ki, Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Qrişa qalmaqala səbəb olub. Gənc oğlan bu dəfə də pulla insanlara istədiklərini etdirməyə çalışıb. Qrişa qarşısına çıxan qadınları yoldan çıxarmağa cəhd edib. 

İki gənc qadını avtomobilinə mindirən Qrişa qızlardan birinin getməsini istəyib. İki rəfiqədən biri avtomobildən düşməli olub. Qrişa beləliklə uşaqlıq dostu olan iki qızın arasını vurub. Milyarder nəvəsi avtomobildə qalan qıza niyə rəfiqəsini tanımadığı oğlana görə yarı yolda qoyduğunu soruşub.
 
Qrişa qıza bu əməlinin düzgün olmadığını söyləyib və onu maşından endirib. Qrişa bununla bəzi qadınların zəif nöqtələrinin olduğunu və pula, maşına necə satıldıqlarını göstərməyə çalışıb.

Rusiyada böyük marağa səbəb olan görüntü Youtube-də minlərlə insan tərəfindən izlənilib.
 
BAKU.WS həmin videonu sizə təqdim edir:
 
ŞAHİN Həbibov
BAKU.WS