SİZİN REKLAM BURADA!
055 213 76 73



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.

BAKU.WS-in məlumatına görə, Abu-Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.

Tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.

Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.

Burada Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların əsərləri sərgilənəcək. Tabloların təhlükəsizliyi isə Abu-Dabiyə 750 milyon dollara başa gələcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. 2012-ci ildə açılması planlaşdırılsa da, tikinti 5 il gecikmə ilə başa çatıb.

İman
BAKU.WS