SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.

BAKU.WS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, V. Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirib.

Toyda iştirak edən şou-biznes nümayəndələri sosial şəbəkədə mərasimdən fotoları paylaşıblar.

Seymur Talıbovun özü də İnstaqram hesabında xanımı ilə özünün əlinin yer aldığı şəkli paylaşıb.

Qeyd edək ki, S. Talıbovla F. Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt Fazil Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub.

Seymur Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.

BAKU.WS