VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakıdakı "Buta" sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.

BAKU.WS xəbər verir ki, V. Talıbov MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.

Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda, MR Ali Məclisinin üzvüdür.

Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq.

BAKU.WS