SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtomobilini texniki baxışdan keçirməyən minik avtomobillərinin sürücülərinə reydlər davam edir.

Bu barədə BAKU.WS-ə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlama verib.

Onun sözlərinə görə, texniki baxışın müddəti bitdiyi gündən – avqustun 1-dən bu günə qədər 300-dən çox sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.

“Hazırda isə yük avtomobillərinin və avtobusların texniki baxışdan keçirilməsi prosesi davam etdirilir. Qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunacaq”, - deyə Vaqif Əsədov bildirdi.

DYP rəsmisi qeyd etdi ki, texniki baxışdan keçmədiyinə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq ediləcək.


Bölmə rəisinin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq texniki baxışa təqdim edilən avtomobilin ödənməmiş cəriməsi varsa və buna görə avtomobilin saxlanılmasına dair qərar çıxarılıbsa, həmin avtomobil duracağa qoyulur, cərimələr ödənildikdən sonra müayinədən keçirilir.

“İstehsal ilinə görə avtomobilini nə zaman qeydiyyatdan keçirməli olduğunu bilməyən sürücülər isə bir nüansa diqqət etməlidirlər.Onuda xatirladaq ki,ilk 4-il texniki baxişa ehtiyac yoxdur və ardıcıl olaraq 5,7,9 və 11-ci illərdə avtomobillər texniki baxışdan keçirilir. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə-İnzibati Xətallar Məcəlləsinin 339.1 maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə ediləcək”, - deyə Vaqif Əsədov bildirdi.

BAKU.WS