055 213 76 73
Xüsusi günlərinizdə sevdiyinizə romantik bir seher yeməyi hazırlamaq istəyirsiniz?
Buyurun BAKU.WS sizinlə ürəkli blinçik reseptini bölüşür:
Tərkibi:
3 yumurta
2 su stəkanı un
2,5 su stəkanı süd
1/2 çay qaşığı duz
2 xörək qaşığı ərinmiş kərə yağı (xəmir daha ləzzətli olur,yumuşaq olur)
bişirmək üçün maye yağ hazırlanması:
Bir qabın içində 3 yumurtanı çalıb, unu, südü (südünüz azsa su əlavə edə bilərsiniz) və ərinmiş yağı əlavə edib yaxşıca çırpın (içərisində heç topaqlanma qalmasın). Qarışımımız axıcı hala gəlsin. Tavaya 1 çay qaşığı maye yağ qoyub istiləşməsini gözləyin. Sıxma torbasına qoyduğumuz xəmiri krujevalı ürək şəkli verib tavada ikiüzlü bişirin.
Nuş olsun!
Aysel Selcan
BAKU.WS