SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq Instagramda istəməyərək sildiyiniz və ya məcburən silməli olduğunuz şəkillərinizi silmək əvəzinə arxiv bölməsinə göndərə bilərsiniz. İstiPress xəbər verir ki, Instagram paylaşdığı son yenilənmə ilə istifadəçilərin bu problemlərini həll edəcək bir xüsusiyyət gətirdi.

İstifadəçilər, bundan sonra profillərində görünməsini istəmədikləri şəkilləri silmədən birbaşa olaraq Arxiv adındakı yeni bölməyə köçürə biləcəklər. Şəklinizin sağ üst hissəsində yerləşən 3 nöqtəyə toxunduğunuzda Paylaş, Dəyişdir kimi xüsusiyyətlərin olduğu sahədə yer alan Arxivin işləmə prinsipi də olduqca sadədir. Bu bölməyə toxunduğunuzda şəkliniz artıq profilinizdə görünməyəcək və Arxivdə yadda saxlanılacaq.

Xüsusiyyətin başqa bir üstün cəhəti də mövcuddur: İstəsəniz paylaşımınızı təkrar profilinizə əlavə edə bilərsiniz. Profilinizdə görünməsini istədiyiniz bu şəkil, ilk yüklədiyiniz tarixdə görüləcək – Arxivdən çıxartdığınız tarixdə yox.

Əgər bu xüsusiyyəti görmürsünüzsə, hələ ki yenilənməni almamısınız deməkdir. İstəyirsinizsə elə indi əməliyyat sisteminizin marketinə baş çəkib yenilənmənin gəlib-gəlmədiyini yoxlaya bilərsiniz.
 
BAKU.WS