SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda və dünyada kosmetika şirkəti kimi tanınan Oriflame şirkəti yaranmasının 50 illiyini qeyd edir. Azərbaycanda isə şirkətin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub. Bu il həmçinin şirkət Azərbaycan Milli Qadın Voleybol Komandasının rəsmi sponsoru olub.

 


BAKU.WS xəbər verir ki, bununla bağlı təşkil olunan mətbuat konfransında "Oriflame”in Qafqaz ölkələri və Azərbaycan üzrə vitse-prezidenti Kemal Kaya, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli, Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova iştirak ediblər. 

Şirkətin tarixindən danışan K. Kaya bildirib ki, 1967-ci ildə Robert və Yonas af Yoknik qardaşları bu gün də dünya keyfiyyət standartlarına uyğun məhsullar yaratmağa davam edən birbaşa satış kosmetik şirkətinin əsasını qoyublar: "Oriflame daim zamanla ayaqlaşaraq öz məhsullarında ən aktual trendləri həyata keçirir, həmçinin hər zaman formulların mükəmməliyi və istehsal texnologiyaları üzərində çalışır. Özünün yubiley ilində isə Şirkət brendin bu günə olan missiyasını daha aydın əks etdirən "Gözəllik həyat tərzi kimi” konsepsiyasını təqdim etdi.

Uzun illər ərzində Demi Mur, Valentin Yudaşkin, Yevgeniy Plüşenko, Monika Belluçi, Dima Bilan, Fedor Bondarçuk kimi dünya ulduzları Oriflame keyfiyyətinə etibar etdikləri üçün onunla əməkdaşlıq ediblər. Həmçinin, dünya istehlakçıları da özləri üçün isveç keyfiyyətli məhsullar seçirlər – hər 15 saniyədə bir dünyada 1 ədəd "Aşkar effekt” 5-i-1-də tuşu satılır. Təcrübəmizdə 400-dən çox sərbəst nəşr, 10 beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatları var. Bütün bu keyfiyyətlərinə görə Velnes məhsulları dünyanın 44 ölkəsində hər 5 saniyədən bir satılır. Velnes məhsulları sadəcə enerji mənbəyi deyil, bu həm gözəl əhval-ruhiyyə, gözəl forma, möhtəşəm dəri və bütün ailə üçün sağlamlıq deməkdir”.

Qeyd edək ki, "Oriflame” şirkəti Azərbaycanda daim müxtəlif idman növlərini dəstəkləyən layihələrdə iştirak edir. Şirkət 2011-ci ildən etibarən Qadın tennis assosiyasıyasının (WTA) rəsmi partnyoru olub. Ənənəsinə sadiq olan Oriflame Azərbaycan da bu ildən Azərbaycan Milli Qadın Voleybol Komandasının rəsmi sponsoru olub.

Tədbirdə bildirilib ki, bu əməkdaşlığa başlamaq üçün 2017-ci il heç də təsadüfü seçilməyib. Bildiyimiz kimi, bu il Azərbaycan mötəbər yarışlara ev sahibliyi edir. "Oriflame” də öz növbəsində qadınlarımızı şirkətin fəaliyyət sahəsi çərçivəsində dəstəkləyir.

Zaman heç vaxt dayanmadığı kimi, bu 19 il ərzində Oriflame-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: Hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir. Bu gün Oriflame Azərbaycan məsləhətçilərinin sayı 12 min nəfərə bərabərdir.

Öz yubileyində Oriflame Azərbaycan daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, 31 yanvar tarixində şirkət özünün yeni möhtəşəm Xidmət Mərkəzinin açılış tədbirini qeyd edib. Bundan sonra şirkət öz müştəri və tərəfdaşlarını özünün müasir interyer və avadanlıqlarla təchiz edilmiş yeni xidmət mərkəzində qarşılayacaq. Yeni ofis Azərbaycan pros. 14 ünvanında yerləşir.

Şirkət haqqında faktlar:

Şirkətin illik dövriyyəsi - təqribən 1,3 mlrd avro

Oriflame Məsləhətçi sayı - təqribən 3 milyon

Oriflame şirkətinin təmsil olunduğu ölkələrin sayı-60-dan çox

Oriflame əməkdaşlarının sayı- təqribən 7000

Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii isveç kosmetikası

Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hindistan
 
BAKU.WS