SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda sevilən aktrisa Serenay Sarıkaya yeni çəkildiyi "Fi" serialında aktyor Mehmet Günsürlə olan sevişmə səhnələrindən danışıb.
 
BAKU.WS xəbər verir ki, aktrisa sevgilisi Kerem Bursinin buna etiraz etmədiyini və anlayışla qarşıladığını bildirib.
 
"Kerem heç vaxt işimə məhdudiyyət qoymur. Biz bir-birimizin işinə qarışmırıq",-deyə Sarıkaya bildirib.
 
Qeyd edək ki, yeni çəkilən serialda açıq-saçıq səhnələrin olmasından dolayı Kerem Bursinlə Serenay Sarıkayanın münasibətlərinin korlandığı deyilirdi.
 
Xatırladaq ki, aktrisa ölkəmizdə sevilən "Medcezir" serialıilə məşhurlaşıb. Hətta bir müddət əvvəl Sarıkaya "İkimizin Yerine" filminin qala gecəsində Bakıya gələrək sevənləri ilə görüşüb.
 
Aynur Ələkbərova
BAKU.WS