SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin iki məşhur aktrisası: Zerrin Tekindor və Serenay Sarıkaya Azərbaycana gəlib.

"Qafqazinfo”nun məlumatına görə, "İkimizin yerine” filminin qəhrəmanları bir neçə saatdır ki, Bakıdadırlar.

Onlar hava limanından qalacaqları Hilton hotelə yollanıblar.

Hər iki məşhur axşam Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsinə hazırlaşırlar.

Artıq Nizami Kino Mərkəzində filmin təqdimat mərasiminə hazırlıqlar başlayıb. Mərkəzdə təqdim olunacaq ekran işinin posterləri yerləşdirilib.

Qeyd edək ki,  "İkimizin yerine”nin digər baş qəhrəmanı Nejat İşler isə işlərinin çoxluğu səbəbindən Bakıya gələ bilməyib. 

Türkiyəli məşhurlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
 
BAKU.WS