SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metrosunda maraqlı hadisə baş verib.
 
BAKU.WS xəbər verir ki, metronun Dərnəgül stansiyasından qatara daxil olan bir qrup gənc milli musiqi alətlərimiz olan tar və sazla Arazbarı musiqisini ifa ediblər. Metro sərnişinlərinə əsl musiqi səfası yaşadan gənclərin bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb. Həmin gənclərin Asəf Zeynallı adına musiqi kollecinin tələbələri olduğu ehtimal edilir.
 
Qeyd edək ki, Arazbarı – "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə yaradır. Bəzən xorla da oxunur. Arazbarının mahir ifaçılarında biri böyük xanəndə Seyid Şuşinski sayılır. 
 
Aynur Ələkbərova
BAKU.WS