SİZİN REKLAM BURADA!
055 213 76 73


Cazibədarlığın qavranılması bir çox amillərdən asılı ola bilən bir vəziyyətdir və insanların bir-birinə cəlb edici görünməyi mürəkkəb psixoloji hadisədir. Bəs niyə bəzi insanlar daha cəlbedicidir?

BAKU.WS xarici KİV-ə istinadən bir insanın digəri üçün daha cəlbedici olmasının 8 psixoloji səbəbini təqdim edir:

1. Göz bəbəkləri

Bəbəklər duyğulara cavab olaraq ölçüsünü dəyişir və xoşbəxt olduqda genişlənir. 2008-ci ildə elmi jurnallardan birində dərc olunan məqaləyə görə, şüuraltımız böyük göz bəbəyi olan insanların daha cəlbedici olduğunu düşünür.

Qədimdə bu xüsusiyyətin təsir edici olduğuna inanıldığından, bəzi italyan qadınlar kişilərə daha cəlbedici görünmək üçün belladonna bitkisinin zəhərli ekstraktından istifadə edərək qəsdən göz bəbəklərini böyüdüblər.

2. Bel ölçüləri

Bel-bədən nisbəti çox vaxt qadının xarici görünüşünün ən vacib xüsusiyyətlərindən biri hesab olunur. 2014-cü ildə Amerika Birləşmiş Ştatları Milli Tibb Kitabxanasında dərc edilən təhlilə görə, bel nə qədər incə olarsa, qadın kişiyə bir o qədər cəlbedici görünə bilər.

3. Üz simmetriyası

Amerika Psixoloji Assosiasiyasına görə, simmetrik üzlər daha az simmetriyaya malik olanlardan daha cəlbedici ola bilər. Çünki insanların görmə reseptorları bu üzləri daha asan emal edə bilir.

4. Ortalama xarici görkəm

“Psychonomic Bulletin and Review” jurnalında dərc olunan araşdırma insanların özlərindən daha orta görünən insanlara üstünlük verdiyinə diqqət çəkir. Tədqiqatlar bunu beynin tipik üzlərə daha çox üstünlük verməsi və ya yaxşı genlər kimi bioloji üstünlüklərlə əlaqələndirir.

5. Yemək seçimləri

“Evolution and Human Behavior” jurnalında dərc edilən kiçik bir araşdırma, yemək seçimlərinin kişini bir qadın üçün daha cəlbedici edə biləcəyini göstərdi. Araşdırmada tərəvəz yeyən kişilərin qoxusunun daha çox makaron kimi qidalar yeyən kişilərə nisbətən daha xoş olsuğu düşünülür.

6. Səslər

2005-ci ildə “Animal Behavior” jurnalında dərc edilən araşdırmaya görə, qadınların çoxu kişinin alçaq səsini yetkinliklə əlaqələndirir və buna görə də onu daha cəlbedici hesab edir.

7. Qoxu

“Proceedings of the Royal Society” jurnalında 2018-ci ildə dərc edilən bir araşdırmaya görə, qadının qoxusu əslində onun kişilər üçün nə qədər cəlbedici görünməsinə təsir edə bilər.

Araşdırmaya görə, bu, qadınların reproduktiv hormonlarına əsaslanan xüsusi qoxuya aiddir. Yəni yumurtlama mərhələsində qadınlar kişilər üçün çox daha cəlbedici ola bilər, bunun səbəbi bu dövrdə hormon səviyyəsinin daha yüksək olmasıdır.

BAKU.WS