SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir".

BAKU.WS-in məlumatına görə, bunu "Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur:
 
"Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla sürücülərimiz yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur".

"Azəravtoyol" ASC-nin rəsmisi qeyd edir ki, yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir: "Bir daha deyirəm aidiyyəti qurumlar qışa hazır olurlar, sürücülərimiz də hazır olsalar yaxşı olar, yollarda vəziyyət normal olar".
 
Şahin Həbibov
BAKU.WS