SİZİN REKLAM BURADA!
055 213 76 73


“Namaz qılan meyxanaçıların hamısı bu sənətə pis vərdişlə gəlib. Oğlum olsa, meyxanaçı olmasını istəməzdim. Meyxana avara sənətidir”.

Bu sözləri BAKU.TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Asif Mərdəkanlı deyib.

Bir müddətdir gündəmdə olmayan meyxanaçı bunun səbəbini açıqlayıb: “Məndə üzünə salmaq yoxdur. Ona görə kölgədə qalmışam. Üzlülüyü bacarmıram”.

A.Mərdəkanlı gənc meyxanaçılara dəstək olduğunu, onların tanınmasına şərait yaratdığını dilə gətirərək, hazırda həmin gənc meyxanaçılar tərəfindən yada salınmamasından gileylənib.

BAKU.WS
VİDEO