SİZİN REKLAM BURADA!
055 213 76 73


Hamı elə düşünür ki, gözəl və yaraşıqlı adamların həyatı asan, şansları daha çoxdur. Lakin cazibədar insanların şəxsi həyatları heç də göründüyü kimi asan olmur.

Heyranlarının çoxluğuna baxmayaraq, onlar çox zaman tənha qalırlar.

Psixoloqlar bunun 5 əsas səbəbi barədə danışıblar.

BAKU.WS “lent.az”a istinadən həmin səbələrlə sizi tanış edir.

1. Gözəllik ətrafdakıları qorxudur. "O məni bəyənməz" düşüncəsi ilə gözəllərə yaxın durmaq istəmirlər.

2. Belə bir streotip var ki, yaraşıqlı kişilər və qadınlar " ürəkyeyəndir", onların duyğuları yoxdur. Bu fikir insanların onlarla ciddi münasibət düşünməsinə mane olur.

3. Yaraşıqlı və gözəl insanlar bir gecəlik partnyor olmaqdan qorxduqları üçün insanlara az güvənirlər

4. Hamı onların xarakterinin lovğa, eqoist olduğunu düşünür. Gözəl və yaraşıqlı adamlar haqqında önyarqılar onların həyatına xoş təsir etmir.

5. Potensial pərəstişkarlar gözəl qızın ürəyinin boş olmadığını düşünürlər. Qızlar isə ümumiyyətlə yaraşıqlı kişilərə ürəklərini açmağa cəsarət etmirlər.

BAKU.WS