SİZİN REKLAM BURADA!
055 213 76 73


İnsanlar tez-tez internetdə müxtəlif sağlamlıq problemlərinə kömək edəcək təbii həll yolları axtarırlar. Təbii ki, ciddi xəstəliklər zamanı ilk növbədə həkimə müraciət edilməlidir. Bununla belə, alternativ müalicə üsulları bəzi sağlamlıq problemlərinin həllinə yol açır.

BAKU.WS xarici KİV-ə istinadən hansı bitki mənşəli yağın nəyə faydalı olduğunu sizlərə təqdim edir:

Portağal yağı

Yağlı və sızanaqlı dəriniz varsa, portağal yağı sizin üçündür. 3-4 damcı ilə dəriyə masaj etmək qan dövranını tənzimləyir, dərini sıxır və sızanaqları qurudur. Selülitli görünüşü azaldır. Portağal yağının müntəzəm istifadəsi tövsiyə olunur.

Küncüd yağı

Seyrək saç, kirpik və qaşlardan əziyyət çəkirsinizsə, küncüd yağının qidalandırıcı təsirindən faydalana bilərsiniz. Həmçinin o, dərini günəş şüalarının zərərli təsirlərindən qoruyaraq qocalmasını gecikdirir. Ovaraq və masaj edərək istifadə edə bilərsiniz.

Vanil Yağı

Evinizdəki və ya soyuducunuzdakı pis qoxular sizi yorursa, vanil yağını sınayın. 1 stəkan suya 3-4 damcı vanil yağı əlavə edib soyuducuda saxlayın və ya təmizləyici suya damladın. Bundan əlavə, onun xoş qoxusu stimullaşdırıcı və cinsi gücü artıran təsirə malikdir.

Kakao yağı

Hamiləlik zamanı yaranan çat izlərinin qarşısını almaq üçün kakao yağından istifadə edə bilərsiniz. Dərini yumşaldır və çatlamanın qarşısını alır. O, həmçinin sürətli qaralmanı təmin edir. Küncüd yağı ilə qarışdırıldıqda günəşin, dənizin və qumun dəriyə zərər verməsinin qarşısını alır. Dəriyə masaj kimi çəkilməlidir.

Dəfnə yarpağı yağı

Tənəffüs yollarının pozğunluqlarında döş nahiyəsinə masaj edilərsə, fayda verər. Zehni olaraq rahatlamağa, enerji qazanmağa və menstrual ağrıları aradan qaldırmağa kömək edir.

Lavanda yağı

Bit, sirkə, güvə, ağcaqanad, həşərat qovucu kimi istifadə edilə bilər. Bədəndəki pis qoxunu aradan qaldırır, əzələləri rahatlaşdırır, stressi və baş ağrılarını azaldır. Hamam suyuna 3-4 damcı qoyularaq və ya dəriyə masaj edilərək istifadə olunur.

Kokos yağı

Kosmetikada tez-tez istifadə olunan yüksək qidalandırıcı yağdır. Zədələnmiş saçlara qulluq üçün istifadə etmək tövsiyə olunur. İltihablı oynaq və əzələ nahiyələrinə, revmatizmə, göbələk ekzemasının qaşınmasına qarşı istifadə edilə bilər.

Limon qabığı yağı

Mikrobları öldürən və dərini sıxılaşdıran xüsusiyyəti ilə yağlı dərilərdə tonik kimi istifadə oluna bilər. Dərini yağdan təmizləyir və sızanaqları aradan qaldırır. Nəm pambığa 2 damcı tökülür və dəriyə çəkilir.

Çobanyastığı yağı

Ağrıkəsici və desensitləşdirici təsiri ilə tanınır. Kiçik zədələrdə və günəş yanıqlarında dərini masaj edərək istifadə etmək olar.

BAKU.WS