SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar".

BAKU.WS olay-a istinadən bildirir ki, bu sözləri "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda Xalq artisti Vidadi Həsənov deyib.

O bildirib ki, aktyorlar universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər:

"Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişdirilməlidir. Rəqabət olmayan yerdə inkişaf da olmaz. Buna görə də yeni teatrlara ehtiyac duyulur. Eyni zamanda bina problemi mövcuddur. 17 müstəqil teatrdan yalnız ikisinin binası var. Nazirlikdən xahiş edirik ki, bizə divarları aşmaq üçün imkan yaratsınlar".

BAKU.WS