SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı və Abşeron yarımadasında iyulun 15-də hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mıtbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə Abşeron yarımadasında 20-23, gündüz 28-33,
Bakıda gecə 21-23i, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-55   % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 19-24, gündüz 31-36,  dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə isti olacağı gözlənilir.
 
BAKU.WS