SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Özcan Dəniz yeni eşq yaşamağa başladığı iranlı sevgilisi Samar Dadqarla ilk dəfə birlikdə görüntülənib.

BAKU.WS “sabah.com”a istinadən xəbər verir ki, kameralara tuş gələn cütlük jurnalistləri görən kimi məkandan uzaqlaşıb. Özcan media əməkdaşlarının ünvanladığı sualları cavabsız qoyub.

Qısa müddətdir ki, eşq yaşayan cütlük münasibətlərindən çox aralarındakı yaş fərqi ilə diqqət çəkib. Belə ki, hazırda Dənizin 49, modelyer sevgilisi Samarın isə 26 yaşı var.

Xatırladaq ki, Özcan sonuncu dəfə keçmiş arvadı Feyza Aktana qarşı zorakılıq tətbiq etməsi iddiası ilə gündəmə gəlib. Sənətçi Feyza ilə 2018-ci ildə ailə həyatı qurub, təxminən bir il sonra ayrılıb. Onların bu evlilikdən Kuzey adında azyaşlı oğlu var.

BAKU.WS
VİDEO

QALEREYA