SİZİN REKLAM BURADA!
055 213 76 73


Hərbçilərimiz mərhum xanəndə Səxavət Məmmədovun məzarını ziyarət ediblər.

BAKU.WS xəbər verir ki, onlar ziyarətdən görüntüləri sosial şəbəkədə yayıblar:

“Səxavət Məmmədovun qəbri buradadır. Amma baş daşı yoxdur. Ruhun şad olsun, görkəmli sənətkar! Allah bizə bu günü qismət etdi ki, sənin qəbrini ziyarət etdik”.

Xatırladaq ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə "Hümayun” xalq ansamblının solisti olub. Yaratdığı "Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.

BAKU.WS
VİDEO