VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yerləşən "Şəhidlər" məscidində təmir işləri başa çatıb.
 
"Report"un müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscidə gələrək burada aparılan təmir-bərpa işləri ilə tanış olub. QMİ tərəfindən məscidə axund və imam təyin olunub.

"Şəhidlər" məscidinin imamı "Report"a bildirib ki, burada hələ camaat və cümə namazları qılınmayacaq: "Məscid təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Lakin hələlik azan verilməyəcək, cümə və camaat namazları qılınmayacaq. Fərdi qaydada kim istəsə məscidi ziyarət edə və namaz qıla bilər. Məscid səhər saat 9-dan axşam saat 18.00-dək açıq olacaq".

Xatırladaq ki, "Şəhidlər" məscidi 2009-cu ildə təmirə bağlanmışdı.
 
BAKU.WS