SİZİN REKLAM BURADA!
055 213 76 73



Çinin Elm və Texnologiyalar Universitetinin əməkdaşları "Jia-Jia” adlı robot qadını geniş ictimaiyyətə təqdim ediblər.

Robot həmsöhbətlə dialoq qura bilir, sualları cavablandırır və zarafat edir. Mühəndislərin ərsəyə gətirilməsinə 3 il sərf etdikləri "Jia-Jia” emosiyaları da ifadə edir.

Əvvəlki interaktiv robotlardan fərqli olaraq, yeni robotda gözlər tam təbii şəkildə hərəkət edir. O, həmçinin danışan zaman dodaqlarını və əllərini tərpədə bilir.

Konseptual texnologiya olan robotun satışa çıxarılması gözlənilmir. Hazırda texnologiya üzərində bilavasitə robota şəhər şəraitində hərəkət etməyə imkan verən tamamlama işləri aparılır.  
 
BAKU.WS