SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə rayon xəstəxanasında baş verib.

Beyləqan rayon sakini, 25 yaşlı Könül Bəhmən qızı Bəhrəmli boşandığı üçün əri tərəfindən bıçaqlanıb.

Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb.

Polis qatil əri axtarır.
BAKU.WS