SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunun Aşağı Göycəli kəndində 1962 ci il təvəllüdlü Aydın Mehdiyevin baltalanması ilə nəticələnən hadisənin müəyyən təfərrüatları bilinib.

BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisəni törədən 1986 cı il təcəllüdlü həmin kəndin sakini Əli Əliyevlə qaynatası arasında bir müddət idi ki mübahisə olub.

Hadisə olan günü isə Aydın Mehdiyev kürəkənin evinə gedib və mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə əsəblərinə tab gətirməyən 33 yaşlı kürəkən qaynatasının baş nahiyyəsinə iki dəfə zərbə endirib.

Huşunu itirən A.Mehdiyevi yaxınları Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Çoxlu qan itirən şəxsin vəziyyəti hazırda orta ağıdır.

Faktla bağlı araşdırma davam etdirilir.
BAKU.WS
QALEREYA