VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən rayonunda qonşular arasında əlbəyaxa dava düşüb.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qabaq Təpə kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü Nəbi İbrahim oğlu Əskərov baş nahiyyəsindən aldığı ağır yara ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib.

İlkin məlumata görə hadisə Nəbi Əsgərovun qonşusu ilə mübahisə etdiyi zaman qonşunun oğlu tərəfindən törədilib.

Həmin şəxs ağac parçası ilə arxadan N.Əsgərovun baş nahiyyəsinə 3 zərbə endirib.

Nəticədə  sonuncu huşunu itirib və bir müddət sonra yaxınları tərəfindən xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS