VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən rayonun Quşçu kəndində qeydə alınan bıçaqlanmanın bəzi təfərrüatları bilinib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün Hüseynov Gəncəli Hüseyn oğlu həmkəndlisi məcburi köçkün 2000-ci il təvəllüdlü Həsənli Elton İlham oğlunu bıçaqlayıb.

Keçirilən təxirəsalınmaz əməliyyat axtarış tədbirləri ilə G.Hüseynov saxlanılıb.

İlkin məlumatlara görə hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, bıçaqlanan E.Həsənli hərbi xidmətdən yeni gəlib və G.Hüseynovun həyat yoldaşının telefonuna bir neçə dəfə mesag yazıb. Bunu bilən G.Hüseynov kəndəki çayxanada E.Həsənlini kənara çəkərək mübahisə edib və ona bıçaqla zərbə endirib.

Hazırda fatkla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

18:59

Daşkəsədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. 1999 cu il təvəllüdlü Eltun Həsənov qarın boşluğundan bıçaqlanıb.

Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Əməliyyat olunan E.Həsənovun vəziyyətinin orta-ğır olduğu deyilir.

İlkin məlumatlara görə adı çəkilən şəxs çayxanada həmkəndlisi ilə mübahisə edib. Sonradan mübahisə əlbəyaxa davaya çevrlib və E.Həsənov bıçaqlanıb.

Hazırda cinayəti törədən şəxsin kimliyi müəyyənləşdirilir.
BAKU.WS