SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.

Şəhər Prokurorluğundan bildirilib ki, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən “Xanə” kafesinin qarşısında baş verib.

1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS