SİZİN REKLAM BURADA!
055 213 76 73


42 yaşlı Bakı sakini Ramin Babayev daxili qoşunların əsgərlərini bıçaqla hədələyib.

BAKU.WS-in məlumatına görə, bu haqda Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat daxil olub.

Xoşagəlməz insident Səbail rayonunda qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, aprelin 25-də 01:35 radələrində sərxoş vəziyyətdə olan R.Babayev Üzeyir Hacıbəyov küçəsində “Formula-1” Azərbaycan Qran Prisinin yaratdığı narahatlıqdan gileylənərək, ətrafda olanları təhqir edib.

Daxili qoşunların əsgərləri həmin şəxsi asayişi pozmamağa çağırıb. Ancaq Babayev cibindən bıçaq çıxararaq, onları ölümlə hədələyib. Bununla əlaqədar hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Babayevin sərxoş vəziyyətdə olması nəzərə alınaraq, ona qarşı inzibati qaydada iş açılıb.
BAKU.WS