SİZİN REKLAM BURADA!
055 213 76 73


22 aprel tarixində Şirvan şəhərində mağazaya oğurluq məqsədiylə edilən basqının tam görüntüləri yayılıb.

BAKU.WS
xəbər verir ki, oğru marketə daxil spirtli içki götürüb, əvvəlcə yanında dayanan satıcı Mehdiyev Fərid Fərhad oğlunun, sonra isə satıcı 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zamir qızının başına ağır zərbələr endirib. "Butulka" qadının başında sınıb.

Satıcı oğlan zərbədən ayağa qalxa bilməyib. O, bir müddət yerdə çabalayıb. Sonra çox çətinliklə sürünərək marketdən çıxa bilib. Satıcı xanım isə daha dözümlü çıxıb. O, maqazadan qaçaraq çölə çıxıb, ərtafdakı insanları köməyə çağırıb.

Cani kassadakı pulları götürmək istəsə də, satıcı qadının köməyə çağırdığını eşidib vaz keçib.

Sosial şəbəkələrdə müzakirə olunan görüntülərdə izləyiciləri ən çox məyus edən məqam insanların laqeydliyi olub.

Hər iki satıcı ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb. 

BAKU.WS