SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabr ayının 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 maskalı şəxsin qeyri-qanuni yolla daxil olması, bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirməsi və hadisə yerindən 2000 manat, 5380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalar ələ keçirmələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri - 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıblar. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

BAKU.WS