SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il Türkiyənin İstanbul şəhərində biri rusiyalı, digəri azərbaycanlı olmaqla iki iş adamını qaçıraraq işgəncəyə məruz qoyan şəxsin kimliyi müəyyənləşib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu, “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyevdir.

Məlumata görə, qazaxıstanlı avtoritet 2021-ci ilin mayın 25-də E.K və D.A adlı şəxrlərə işgəncə edib və bu vasitə ilə onların bir milyondan çox vəsaitini ələ keçirib. İddiaya görə, bütün bunlar Bakırköydə yerləşən “Sea Pearl” yaşayış kompleksində baş verib.

Həmin vaxt hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı araşdırmanın davamında qruplaşmaya qazaxıstanlı “Arman Dikiy”in rəhbərlik etdiyini üzə çıxarıb.

Türkiyə polisi hadisə ilə əlaqəsi olan daha 8 şübhəlini müəyyənləşdirib. Qazax və çeçen olan bu şəxslərin saxlanılması üçün aprelin 12-də əməliyyat keçirilib. Şübhəlilərdən 7 sənədsiz tapança götürülüb. Saxlanılanlardan 4-ü barəsində həbs qərarı çıxarılıb, qalanları isə sərbəst buraxılıb. “Arman Dikiy” barəsində isə axtarış elan edilib.

Qeyd olunur ki, o, hadisədən sonra ölkəsinə qayıdıb.

Əlavə edək ki, Arman Cumageldiyev Qazaxıstanda baş verən iğtişaşlar zamanı saxlanılmışdı. Sonradan onun təcridxanadan yoxa çıxması ilə bağlı xəbərlər də yayılmışdı.

BAKU.WS
QALEREYA