SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda ailə münaqişəsi zəminində baş verən cinayətin bəzi detalları bəlli olub.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, cinayəti törədən İntizam Hüseynov 1976-cı il təvəllüdlüdür. Bıçaqlayaraq qətlə yetirdiyi qaynanası 1963, həyat yoldaş isə 1990-cı il təvəllüdlüdür.

Qeyd edək ki, bu, ilk insident deyil daha öncə də ailədə münaqişə olub. Mahizər Hüseynova İntizam Hüseynovun ikinci həyat yoldaşıdır.

Son hadisə zamanı həyat yoldaşı evdə yatırmış. Kürəkən birinci qaynanasını, daha sonra isə həyat yoldaşını bıçaqlayıb.

***

20:44

Şəmkir rayonunda ailə münaqişəsi ölümlə nəticələnib.

Şiştəpə kənd sakini mübahisə zəmnində qaynanası Sədaqət İbadullayevanı, daha sonra isə həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb.

Hadisə zamanı S.İbadullayeva xəstəxanaya aparılarkən yolda keçinib. M.Hüseynovanın vəziyyəti isə ağırdır. Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS