SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə məxsus “Neon” restoranında keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, saxlanılan Əfqan Quliyev, Camal Həsənov, Aydın Aydınlı və Azər Şıxıyevin üzərindən narkotik vasitə və silah aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan dörd şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

BAKU.WS