SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda havaya atəş açan və iki nəfəri döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 17-də saat 3 radələrində bir nəfərin Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açaraq və orada işləyən 2 nəfəri döyməsi müəyyənləşdirilib.

Həmin əməli törətməkdə şübhəli kimi S.Quliyev bilinib. 

O saxlanılıb. Şübhəli şəxsdən qundağı və lüləsi kəsilmiş “BUM” markalı ov tüfəngi götürülüb.

BAKU.WS