SİZİN REKLAM BURADA!
055 213 76 73


Mədəniyyət Naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.

Nazir səfər çərçivəsində ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən bir sıra mədəniyyət ocaqlarına baş çəkib, mədəniyyət mərkəzləri və muzeylərin vəziyyəti ilə tanış olub.

Mədəniyyət naziri qeyd edib ki, Şuşa xalçalarının Ermənistanda sərgilənməsinin qarşısının alınması yönündə nazirlik tərəfindən aparılan işlər beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.
Nazir həm də Vətən Müharibəsinə həsr olunan bədii və sənədli filmlərin çəkilişinə də münasibət bildirib.

“Qarabağ müharibəsi haqqında filmin çəkilməsi nəzərdə tutulur. Amma eyni zamanda digər sənədli filmlərin və layihələrin həyata keçirilməsi planlaşdırılır” – deyə, nazir qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO