SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür.

BAKU.WS-in məlumatına görə, bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş 702 saylı briqadanın keçmiş döyüşçüləri bu gün Fəxri xiyabana gələrək, Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər. Ziyarətə həmin hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabit heyəti qatılıb.

Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

“Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik, şəhidlərimizin qisasını aldıq. Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik. Bu dəfə düşmənə zərbəmiz daha ağır olacaq , - deyə polkovnik Şair Ramaldanov bildirib.

Tuncay
BAKU.WS