SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan ordusu cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda döyüş atışı icra edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, atışlar komanda-qərargah hərb oyunları çərçivəsində yerinə yetirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsindəı komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda döyüş atışının videosunu təqdim edirik.

BAKU.WS