SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə mətbuatı ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhrə Quliyevadan yazır. 

BAKU.WS-in məlumatına görə, Türkiyənin öndə gedən xəbər saytları erməni vəhşiliyindən yazıb. Haberturk.com, Star.com, Cnnturk.com, Haberler.com, Anadolu Ajansı kimi hegemon xəbər portalları ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmasını yayıblar. 

Qeyd edək ki, Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

İman
BAKU.WS