SİZİN REKLAM BURADA!
055 213 76 73


Azad olunmuş ərazilərə könüllülük əsasında digər vətəndaşların köçürülməsi təklif edilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxış edib.

Deputat bildirib ki, burada məskunlaşma təkcə məcburi köçkünlərlə məhdudlaşdırılmamalıdır: “Könüllülük əsasında həmin ərazilərdə məskunlaşma təmin edilməli, bununla bağlı yeni qanunun qəbul olunması məsələsinə baxılmalıdır”.

Fazil Mustafa Konstitusiyaya dəyişikliyi də zəruri sayıb: “Bu, olduqca ciddi məsələdir. Hazırda Naxçıvan Muxtar Respublikasında 6-7 səlahiyyətli qurum mövcuddur. Kimin hansı səlahiyyətdə olmasını təyin etmək çətindir. Artıq idarəetmə xaosunun əziyyətini vətəndaş çəkir. Bütün regional birliklər idarələr yaradılıb. Əvvəl konkret olaraq rayonu kimin idarə etdiyi bilinirdi, indi bu konkretlik aradan qalxıb. Bu xaos aradan qaldırılmalıdır. Bələdiyyələrlə bağlı Siyavuş müəllim dedi 28 qanun qəbul edilib, amma bələdiyyənin əmlak vergisi yığmaqdan başqa səlahiyyəti yoxdur”.

BAKU.WS