SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatında qeyd olunur.

Bildirilir ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam edilib.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

BAKU.WS