SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şəxsən mənə azərbaycanlılardan heç bir ziyan dəyməyib. Çox istərdim ki, iki xalq arasında dostluq münasibətləri olsun”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməni sakini Arnold Anderyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla yaxşı münasibətləri olduğu üçün əlinə silah alaraq vuruşmayıb:

“Mən Şuşanın Daşaltı kəndində anadan olmuşam. Daha sonra Xankəndiyə köçmüşük və 45 ildir ki, burda yaşayırıq. Ermənistana keçid üçün bizə heç bir problem yaradılmadı. Könüllü şəkildə Xankəndini tərk edirik. Lakin birdəfəlik getməyim isə sual altındadır. Bəlkə, geri qayıtdım”.

Erməniəsilli sakin onu da bildirib ki, azərbaycanlılarla yaxşı münasibətləri olub və xeyli dostları da var imiş:

“Şəxsən mənə sizlərdən heç bir ziyan dəyməyib. Qardaş kimi olmuşuq. Heç mən əlimə silah alıb, sizlərə qarşı da vuruşmamışam. Bilmirəm bu iki xalqın arasını kim vurdu”.

BAKU.WS