SİZİN REKLAM BURADA!
055 213 76 73


“Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik”.

BAKU.WS xəbər verir ki, bunu report-un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər:

“Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.

BAKU.WS