SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qarabağda erməni postlarında çəkilən daha bir görüntü yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, Matagisdə qeydə alınan görüntülər Ermənistan ordusundakı reallığı göstərir. Yaşlıların üstünlük təşkil etdiyi orduda qadınlar da diqqət çəkir. 
 
Üzü tüklü, qeyri-nizami formada orduya xidmət göstərməyə çalışan ermənilər kadrlardan da göründüyü kimi acınacaqlı durumdadır. Orduya canlı qüvvə cəlb etməkdə çətinlik çəkən Ermənistan ordusu ilk baxışdan qocalar evinə bənzəyir.
  
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan ordusu Matagisdə yerləşən erməni postlarını darmadağın edərək düşmənə sarsıdıcı zərbələr endirib. 
 
BAKU.WS