SİZİN REKLAM BURADA!
055 213 76 73


İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.

"Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur", - deyə məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS