Zavodda FACİƏ: ÖLƏN VAR
03
may
2025
13:42
Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "İdeal" kərpic zavodunun həyətində baş verib.
Küləyin təsirindən zavodun hasarı "KamAZ" markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb.
Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ə...