Zaqatalada zəncirvari avtoqəza: XƏSARƏT ALANLAR VAR

"Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi aprelin 22-si saat 23:00-da qeydə alınıb".
BAKU.WS xəbər verir ki, bu məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilib.
Qeyd olunub ki, hadisə şəhərin Faiq Əmirov küçəsində baş verib.
"1986-cı il təvəllüdlü Tərlan İsayevin idarə etdiyi "Mercedes-Benz" markalı 08-BL-105 dövlət nömrə nişanlı avtomobil əvvəlcə 62-BP-303 dövlət nömrə nişanlı "Mercedes-Vito" ilə toqquşub, daha sonra isə yolun kənarında dayanan 62-BM-733 dövlət nömrə nişanlı BMW markalı avtomobilə dəyib. Nəticədə sürücü və onun sərnişini 1978-ci il təvəllüdlü Məryəm Qebeyeva xəsarət alıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır", - deyə məlumatda bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 23 aprel, saat 00:05-də yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər (biri qadın cinsli, ikisi kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Hər bir şəxsə zəruri tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
*** 09:17
Ötən gecə Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi magistralının Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, hadisə sürətlə hərəkətdə olan "Mercedes-Benz" markalı minik avtomobilinin "Mercedes Vito" mikroavtobusuna çırpılması və bundan sonra qarşıdan gələn BMW markalı maşınla toqquşması səbəbindən baş verib.
Hadisə zamanı üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.

Oxşar xəbərlər
Şamaxıda torpaq sürüşməsi baş verib
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəs...