DİN: Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada kəsilən ağaclarla bağlı məlumat yayıb.
Qurumdan BAKU.WS-ə bildirilib ki, ağacların kəsilməsi faktına görə cinayət işi başlanılıb:
"Zaqatala rayonunda ağacların kəsilməsi faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
*** 13:34
Zaqatalada ağaclar kəsilir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayətlə sakinlərdən biri məlumat verib.
Onun sözlərinə görə, hadisə "PMK-20" adlı ərazidə baş verib.
"Sakinlər nə qədər şikayət etsə də məhəl qoyan yoxdur", - deyə şikayətçi vurğulayıb.
Problem aidiyyəti üzrə yönləndirilib, məlumat veriləcəyi təqdirdə xəbər yeniləcək.
Hadisə yerindən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində...