Zaqatala sakini sanatoriyada ölüb
24
noy
2025
19:33
Naftalanda sanatoriyada ölüm hadisəsi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.
Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.
İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü"
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...