Yüzlərlə saxta sahibkarlıq subyekti qeydə alınıb: Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib. Həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq müraciət edib.
Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar:
"Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyəti təsdiq edən məlumatları tanımadıqları adamlara bildirməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".
Oxşar xəbərlər
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb
İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. BAKU.WS xəbər verir ki, bu barədə Da...