Yüksək sürət aeroport yolunda qəzalara səbəb oldu - ANBAAN GÖRÜNTÜ
Paytaxtda bəzi yollarda sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi qəzalara səbəb olub.
BAKU.WS xəbər verir ki, belə qəzalardan biri Hava Limanı şosesində qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
O həmin qəzanın görüntülərini sosial şəbəkə hesabında paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb.
"Avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq və nəticəsi… Paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar. Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar. Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır" - deyə, paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü"
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...